F-1.az xatırladır ki, AlphaTauri komandası bu il Qaslinin əvəzinə Nik de Frizi transfer edib. Bu niderlandlı sürücünün Formula1-dəki ilk tam mövsümüdür. Bu isə o deməkdir ki, üçüncü mövsümünü keçirən Yuki Tsunoda komandanın ən təcrübəli pilotudur.
Karun Çandhok: “Nikə debütant demək qəribədir. Məncə, uzun illərdir buradadır. Nik sürətli sürücüdür və Formula1-də yarışmağa layiqdir. Alphatauri ona bu fürsəti veridyi üçün çox sevinirəm.
Digər tərəfdə yuki irəliyə doğru addım atmalıdır. Hazırda komandanın təcrübəli sürücüsü odur və Formula2-də yarışan Ayumu İvasa onun yerinə göz qoyub. Buna görə də Niki məğlub etməlidir.
De Frizin üzərində təzyiq yoxdur. İstedadını tam olaraq göstərə bilər”.