F-1.az xatırladır ki, Rassell bu il Mercedes-ə yeganə qələbəni qazandırıb və yeddiqat Dünya Çempionu komanda yoldaşı Həmiltonu 35 xal qabaqlayıb.
Karun Çandhok: “Mövsümün əvvəlində Rassell əla sürürdü, hətta sıralanma turunda Lyuisi geridə qoyurdu. Daha sonra Lyuis özünə gəldi və Corc üçün çətin dövrlər başladı.
Lakin Rassell Braziliyada qazandığı qələbə daxil olmaqla mövsümün sonunda özünə gəldi. Gələn il Mercedes görək nə edir”.