K.Çandhok: Norrid McLaren-dən ayrılmağı düşünəcək

Gənc britaniyalı sürücünün McLaren ilə müqaviləsi 2025-ci ilin sonunda başa çatır.

F-1.az xəbər verir ki, buna baxmayaraq, sabiq F1 sürücüsü, avtoidman eksperti Karun Çandhok komandada vəziyyət düzəlməzsə, ayrılığın daha erkən baş verə biləcəyini düşünür.

Karun Çandhok: “McLaren-in nəticələrini nəzərə alsaq, gənc Norris mütləq Ferrari və ya Red Bull-a keçmək barədə düşünəcək. Mövsüm başlamazdan əvvəl demişdim ki, McLaren və Zak Braun əla iş görərək bir vaxtlar onunla 4 illik müqavilə imzalayıblar.

Maraqlıdır, Landonun menecerləri müqavilədə vaxtından əvvəl xitam verilməsi imkanını nəzərdə tutublarmı? Məsələn, McLaren iki il dalbadal mövsümü ilk dördlükdə başa vurmasa, Landonun başqa variantları axtarmaq imkanı olacaqmı?
Üç aparıcı komandanın sürücülərini nəzərə almasanız, digər iki ən yaxşı sürücü Fernando Alonso və Lando Norrisdir. Maşının sürətinin yalnız kvalifikasiyanın finalına çıxmaq üçün mübarizə aparmağa imkan verməsi Landonu əsəbiləşdirməlidir”.
, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*