F-1.az xatırladır ki, 2021-ci ildə iki sürücü mövsümün son yarışının son döngəsinə qədər mübarizə aparmış və sonda Ferstappen qalib gələn tərəf olmuşdu.
Karun Çandhok: “Lyuis uzun illər idmanın kralı idi və öz dövrünün ən yaxşısı sayılırdı. Maks isə onu taxtdan endirmək üçün daha çox güc sərf etdi. Lekleri, Rasselli, Saynsı öz dövrünün sürücüsü kimi görür və onlara qarşı fərqli yarışır”.