F-1.az xatırladır ki, Britaniya təmsilçisi Massanın təqaüdə çıxmasından sonra yeni sürücü axtarışına başlamış və buna görə də Əbu Dabidəki Pirelli testlərində Sirotkinlə Kubitsanı sınamışdı. Amma Williams komandası sonda gənc və perspektivli Sirotkini seçib.
Karun Çandhok: “Əlbəttə, bu məyusedicidir. Amma ona yetəri qədər şans verildi. Robert, beləliklə, Williams və Renault komandalarında özünü göstərmək üçün fürsət tapdı. Formula1 tarixində bu cür fürsətlər hər sürücüyə verilməyib. Təbii ki, 2011-ci ildəki qəzadan əvvəl karyerasının zirvəsində idi. Amma sürücülərin keçmişinə baxıb müqavilə bağlamaq olmaz”.