F-1.az xatırladır ki, fransalı mütəxəssis bu ildən Ferrari komandasının rəhbəri təyin edilib. O, daha əvvəl Renault və Alfa Romeo komandalarında rəhbər işləyib.
Kristian Albers: “Ferrari bir az fərqli yerdir. Orada mindən çox işçi var. Əksəriyyət onu tərifləyir, amma Sauber-ə gəldiyi gün komandanın Honda ilə imzaladığı müqaviləni bərbad etdiyini unudublar.
Honda-nın isə son illərdə Red Bull-la gördüyü işlər göz qabağındadır”.