K.Albers: Ferrari düz etmədi

Sabiq Formula1 sürücüsü Kristian Albers düşünür ki, Ferrari Binotto ilə yolları ayırmaqda düz etməyib.

F-1.az xatırladır ki, Mattia Binotto 2022-ci ilin sonunda Ferrari-nin komanda rəhbəri postundan istefa verib və onu Frederik Vassyör əvəz edib.

Kristian Albers: “Ferrari-nin Binotto ilə yollarını ayırmasını anlamıram. Düzdür, rəsmi olaraq özü istefa verdi, amma hamı bilir ki, bu işlər necə gedir.

Onlar bir günahkar axtarırdılar və bir nəfər qovulmalı idi. Belə olan halda isə komanda rəhbəri daha əlçatandır.

Məncə, Binotto Ferrari-ni yenidən liderlər sırasına qaytarmışdı. Hamı onların son iki ildə çəkdikləri çətinlikləri unudub”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*