Jak Vilnöv etiraf edib ki, bir ay əvvəl arvadını boşayıb, amma şəxsi həyatındakı problemlərə baxmayaraq, kanadalı sürücü Formula1-ə qayıtmaq arzusundan əl çəkməyə hazırlaşmır…
Jak Vilnöv: “Bir ay əvvəl mən boşanmışam, amma hər şey qalmaqalsız ötüşdü, əks halda hamı bu xəbəri çoxdan bilərdi.”
Vilnöv üç il əvvəl fransalı Yohanna Martineslə evlənmişdi, bu nikahdan iki oğlu var. Yohanna boşandıqdan sonra Parisə qayıtmaq fikrində deyil, çünki Monrealda öz işini qurub…
Jak Vilnöv: “İndi mənim iki dəyərim var: ataları kimi maşınları sevən iki oğlum və Formula1, mən gələn mövsüm komandalardan birində çıxış etmək istəyirəm. Bütün enerjimi indi bu plana sərf edirəm, amma vəziyyət nəzərdə tutduğumdan da çətindir. Mən əminəm ki, gələn il Kanada Qran Prisinin startına çıxacam.”