Jurnalistlərin fikrincə ən yaxşı pilot Alonsodur

Peletonun ən yaxşı sürücüsünün kim olması barədə mübahisələr hər zaman olub. Bu barədə ABŞ Qran Prisi ərəfəsində də müzakirələr gedib.

F-1.az bildirir ki, 2001-ci ildə Formula1-də debüt edən, 2 çempionluq, 32 qələbə, 22 poul, 97 podium əldə edən Fernando Alonso tarixin ən yaxşı sürücülərindən biri kimi göstərilir. Son iki ildə arxa sıralarda mübarizə aparmağa məcbur olan ispan sürücü bəzən çox yaxşı nəticələr əldə edir. Buna ABŞ Qran Prisini misal göstərmək olar.

AS qəzetinin müxbiri Manuel Franko bildirir ki, Ostində İngiltərə, Almaniya, Argentina, Braziliya, İtaliya və Fransa kimi ölkələrdən gəlmiş 9 müxbir arasında səsvermə keçirilib. Müxbirlərdən biri istisna olmaqla, yerdə qalan hamısı Fernandonu seçiblər.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*