F-1.az xatırladır ki, Maks artıq o yarışda iştirak etməyəcəyini bildirmişdi: “Düzünü desəm, bu sadəcə gülüncdür, bir növ sirkdir!”
Ben Konstanduros: “Əgər bu yalnız şoudursa, mən də, zəhmətkeş və sadiq dostlarım da təlxəklərik. 24 saatlıq Le Man komandasının əldə etdikləri ilə fəxr edirəm. Bəli, Maks üçün hər şey pis getdi, o da bəziləri kimi bəxtsiz idi. Amma bu yarışdır. Başqaları haqqında bu qədər sərt danışmaq və cəmiyyəti neqativliyə düçar etmək, idmanda bu qədər avtoritet olan biri üçün ağılsızlıq idi. Bu, virtual yarışlara yalnız zərər verər”.