J.Todt dördsilindirli turbomotorlarda israrlıdır

İspaniya Qran Prisi günlərində FİA-nın prezidenti Jan Todt avtoistehsalçıların nümyəndələri ilə və FOTA-nın başçısı Martin Uitmarşla görüşüb. Görüşdə müzakirə olunan […]

İspaniya Qran Prisi günlərində FİA-nın prezidenti Jan Todt avtoistehsalçıların nümyəndələri ilə və FOTA-nın başçısı Martin Uitmarşla görüşüb. Görüşdə müzakirə olunan məsələlərdən biri də yeni texniki reqlament olub, xüsusən də 2013-cü ildən Formula1-də dörsilindirli turbomotorların istifadə olunması.

Auto Plus jurnalının saytında öz bloqunda fransalı jurnalist Jan Lui Monse Todtdan sitatlar dərc edib…

Jan Todt: “…Mən artıq demişəm və biz mövqeyimizi dəyişməyəcəyik. Siz əlinizdən gələni edə bilərsiniz, istənilən motor hazırlayın, alternativ çempionat təşkil edin, amma FİAnın təşkil etdiyi Formula1 üzrə dünya çempionatında bizim qəbul etdiyimiz qaydalar üzrə hazırlanmış motorlardan istifadə olunacaq.”

Amma bu məsələdə Formula1-in kommersiya başçısı Berni Ekklstoun Janla razı deyil: “Jan hesab edir ki, biz onun nöqteyi nəzərini başa düşməliyik. Amma mən onu başa düşmürəm – Tur de Frans velosiped yarışı Formula1-dən də çox yanacaq işlədir.”

Mercedes Motosport-un başçısı Norbert Hauq Todtla müəyyən şərtlər daxilində razılaşa bilər: “Biz dördsilindirli motorların tətbiqini dəstəkləyə bilərik, amma bunun üçün beş il ərzində məsrəflərin daha 30% azaldılmasına təminat almalıyıq.”

Lotus Renault GP komandasının başçısı Erik Bulye də oxşar mövqeni tutub: “Məsələ ondadır ki, biz motor dəyişməsini özümüz bacaracyıqmı? İndi başlıca məsələ düzgün qərar qəbul etmədkir.”

FİA-nın təklifini yalnız Renault Sport-un icraçı direktoru Jan Fransua Kobe tam qəbul edib: “Biz FİA-nı tam dəstəkləyirik. Bu qərar Renault və digər avtoistehsalçılar üçün çox vacibdir, ona görə ki, komandalara verilən motorlar yol avtomobillərində istifadə olunan motorlara yaxın olacaq. Məncə, bu, Formula1-in gələcəyi üçün həlledici andır.”

FİA-nın Avtoİdman üzrə Ümumdünya Şurası dünya çempionatının texniki reqlamentinə yeni dəyişikliklər etməyi qərar alıb – 2013-cü ildən Formula1-də dördsilindirli 1.6 litr tutumu olan turbomotorlardan istifadə olunacaq. Hazırda isə maşınlarda 2.4 litr tutumu olan V şəkilli səkkizsilindirli motorlar qurulub…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*