Lotus komandasının mətbuat xidməti komandanın sahibi Jerar Lopesin son 40 ilin İspaniyada ən böyük dəmiryolu qəzası ilə bağlı bəyanatını yayıb…
Jerar Lopes: “Çərşənbə günü Qalisiyada sərnişin qatarının aşması ilə nəticələnən ağır qəza baş verib. Lotus komandası ilə birlikdə ölənlərin yaxınlarına və doğmalarına səmim qəlbdən başsağlığı vermək istəyirəm.
Qalisiyda doğulduğum üçün fəlakətin qurbanlarına hər cür köməyi göstərməyə çalışacam – bu rayonu yaxşı tanıyıram və sevirəm. Mən bu regionla həmrəyliyimi nümayiş etdirmək istəyirəm.
Macarıstan Qran Prisi günlərində hər iki Lotus maşınının ön antiqanaqlarına Qalisiyanın bayrağı həkk olunacaq…”