F-1.az xəbər verir ki, yeni mövsümdə avstraliyalı sürücü bütün diqqətini Formula2-dəki çıxışlarına yönəldəcək, lakin lazım gələrsə, Esteban Okonu və ya Pyer Qaslini əvəzləməyə hazırdır.
Jək Duhən: “Bu il Esteban və Pyer ilə işləməkdən xoşbəxtəm – komandada çox güclü pilot cütlüyü var. Hər ikisinin rəyləri sayısində maşını daha sürətli etmək mümkün olacaq. Mən də öz növbəmdə onlardan mümkün qədər çox təcrübə öyrənmək istəyirəm.
Mənim rolum çoxlu müxtəlif variantları əhatə edir. Onlardan biri yarışda iştirak edə bilməyəcəksə, sükanı ələ keçirməyə hər şəraitdə hazır olmalıyam. Ümumiyyətlə, komandanın yanında olacağam və əsas sürücülərə həftəsonu nəticələrini maksimuma çatdırmağa kömək edəcəyəm.
Enstounda simulyatorda çox işim var. Bundan əlavə, Formula1 hissini unutmamaq üçün köhnə maşının sükanı arxasında bir neçə test günü keçirəcəyəm.