J.Byanki bu gün hamıdan sürətli olub

Felipe Massanın Florianopolisdə təşkil etdiyi turnirinin ilk günü Beto Carrero kartodromunda pouldan start alan Jül Byanki finiş xəttini birinci keçib. […]

Felipe Massanın Florianopolisdə təşkil etdiyi turnirinin ilk günü Beto Carrero kartodromunda pouldan start alan Jül Byanki finiş xəttini birinci keçib.

Lukas di Qrassi ikinci yeri tutub, Vitantonio Liutsi üçüncü olub. Daha bir Formula1 sürücüsü Sebastyen Buemi günü dördüncü yerdə başa vurub.

Bu gün Fernando Alonsonun bəxti gətirməyib: ispaniyalı sürücü elə startda başqa kartla toqquşub, daha sonra motorda dorossel problemi ilə üzləşən sürücü liderə altı dövrə uduzub və 21-ci olub.

Startda Byankinin də bəxti gətirməyib və poulun sahibi birinci dövrəni 5-ci yerdə başa vurub, amma rəqiblərini bir-birinin ardınca arxada qoyan sürücü artıq 6-cı dövrədə liderliyə yüksəlib və finişə qədər mövqeyini qoruya bilib.

Vitantonio Liutsi uzun müddət ikinci olsa da, finişə 7 dövrə qalmış di Qrassi gözəl müanverlə onu keçə bilib.

Turnirin sahibi Felipe Massa finişdə 10-cu olub.

Sabah axşam ilk səkkizlik tərs düzümlə start alacaq və hər iki yarışın ümumi yekununa görə qalib müəyyən olunacaq: Byanki 8-ci yerdənb start alacaq…

byan-2

, , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*