J.Batton VAZ-2103-ün sükanı arxasına əyləşib (video)

Dünən Censon Batton Macarıstanda Vodafone şirkətinin sponsor dəstəyi ilə keçirilən yollarda təhlükəsizlik mövzusuna həsr olunmuş xüsusi mərasimdə iştirak edib.

F-1.az xəbər verir ki, bu dəfə McLaren komandasının sürücüsü Formula1 maşının deyil, müxtəlif yol maşınlarının sükanları arxasına əyləşib. Sovet avtosənayesinin dostları Veterán Zsiguli həvəskar klubu britaniyalı sürücü üçün VAZ-2103 təqdim ediblər. Jenson populyar macar aparıcı Balaj Şebeştyenlə eyni maşının sükanı araxsında yarışıb.

Batton özünün Twitter bloqunda yazıb ki, “Biz LADA ilə Macarıstanda yollarda təhlükəsizliyə həsr olunmuş tədbirdə konuslara kimin vacib olduğunu göstərdik…”

Sürücü Autosport-a müsahibəsində isə bildirib: “Mənim bu maşınların sahiblərinə yazığım gəlir, çünki biz bu maşınları sadəcə “çapdıq.” Bilmirəm, nə dərəcədə normaldır, amma cihazlar panelində çoxlu xəbərdaredici işıqlar yanırdı.

LADA-nı sürmək çox şən idi. Əl əyləci çox yaxşı işləyirdi, köhnə maşınlarda isə bu olduqca vacibdir…”

bat-4a
bat-4b
bat-4c
bat-4d
bat-4e

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*