Jan Todt yeddi komandanı təxribatda ittiham edib

FİA-nın prezidenti federasiyanın səriştəsizliyi və Ferrari ilə məxfi razılaşma barədə yeddi komandanın iddiaları ilə qətiliklə razı deyil.

F-1.az bildirir ki, bu gün Jan Todt məsələyə bir daha mövqe bildirərək komandalara sərt cavab verib…

Jan Todt: “Yanlış və təhrif olunmuş məlumatlara arxalanaraq, bütün faktlara sahib olmadan siz FİA-nın qərarına etiraz etməklə yanaşı, FİA və Ferrari arasında saxta razılaşma ehtimalı ilə federasiya və onun nümayəndələrinin təmizliyini açıq şəkildə şübhə altına alırsınız.

İddialarınız FIA tərəfindən müsbət qəbul edilə bilərdi, amma hazırda sizin iddialarınız dəqiq araşdrıma üçün müvafiq tələbdən çox uzaqdır. Bu iddialar Formula1 üzrə Dünya Çempionatı üçün zərərlidirlər.

FİA bu iddiaları qətiyyətlə rədd edir. Komandalar düşünmədən FİA-ya və həlledici vəzifəli şəxslərə qarşı, xüsusən də federasiyanın prezidentinə qarşı zərərli və böhtan xarakterli çox ciddi iddialar qaldırıblar…”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*