Jak Vilnöv: Sürət baxımından Stroll Alonsoya uduzmur

Jak Vilnöv adətən bir çox sürücünü tənqid etməyə hazırdır, xüsusən də, əgər buna səbəb varsa - ən azı 1997-ci ilin dünya çempionu üçün avtoritetlər mövcud deyil.

F-1.az xəbər verir ki, Jakın tez-tez və hamı tərəfindən tənqid edilənləri müdafiə etməsi daha təəccüblüdür. Bu halda söhbət Aston Martin komandasında Fernando Alonsonun komanda yoldaşı Ləns Strolldan gedir.

“Əlbəttə ki, Ləns Formula1-də yer almağa layiqdir, – deyə Vilnöv şübhə etmir və bu arqumentləri gətirir. – Burada hər şey sadədir: Lourens Stroll olmasaydı, bu komanda müflis ola bilərdi, buna görə də o, haqlı olaraq oğlunu Aston Martin-ə dəvət etdi və onu Formula1-də saxladı.

Ləns son yerləri tutmur və sürət baxımından Fernando Alonsoya uduzmur. Alonso komanda ilə müqaviləsini uzatdığı andan etibarən çətinliklərlə üzləşməyə başladı, Lənsin çıxışları isə daha xoş təəssürat yaradır.”

Vilnöv vurğulayıb ki, keçmişdə də Formula1-də çox varlı ailələrdən sürücülər az olmayıb, Niki Lauda və Ayrton Sennanı xatırlamaq kifayətdir. İndi bu, Lando Norris və Ləns Strolldur ki, bu da tamamilə normaldır, təki bu sürücülər layiqli nəticələr göstərsinlər.

“Ləns bəxtli olub, amma bunda pis bir şey yoxdur – o, sadəcə yarışlarda sürətlə sürməyi bacardığını göstərməlidir”, – deyə Vilnöv əlavə edib.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*