Jak Vilnöv istedadlı gəncləri axtarır

Keçmiş dünya çempionu Jak Vilnöv və keçmiş sürücü Patrik Lemari gənc və istedadlı sürücüləri üzə çıxarmaq üçün yeni Feed Racing sürücü proqramına start veriblər.

F-1.az bildirir ki, PirelliMygale və Bell şirkətlərinin dəstəklədiyi bu proqramın iştirakçıları Fransanın Manyi Kur trasında beşgünlük tədris kurslarına qatılacaqlar.

Bu il kurslara ilk qəbul həyata keçiriləcək – hələlik 96 sürücü ilə işləmək nəzərdə tutulub və beşgünlük kursun dəyəri cəmi 11500 avro olacaq. Kursun ən yaxşı məzunu mükafat olaraq Formula4 çempionatının ən güclü komandasında tam mövsüm keçirmək şansı qazanacaq. Təşkilatçılar əmindirlər ki, qalibin mükafatı təxminən 400 min avroya ekvivalentdir.

Proqrama qoşulmaq istəyənlər üçün qeydiyyat yanvarın 16-dan başlayır…

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*