Jaguar və Land Rover avtomobillərinin sınaq yürüşləri keçirilib

Arxada qoyduğumuz həftəsonu Jaguar və Land Rover markalarının Azərbaycanda rəsmi dileri “Avtolüks Azərbaycan” təmsil etdiyi brendlərin model sırasına aid avtomobillərin sınaq yürüşlərini təşkil edib.

F-1.az xəbər verir ki, tədbirin keçirilməsində əsas məqsəd hər iki brend üzrə insanlar arasında məlumatlılıq səviyyəsini artırmaq, potensial müştərilərin avtomobillərlə daha yaxın təmasını təmin etmək olub.

Jaguar Land Rover

Jaguar avtomobillərinin sınaq yürüşləri The Art Of Performance, Land Rover avtomobillərinin sınaq yürüşləri isə Above & Beyond Tour adı altında keçirilib. Öncədən qeydiyyata yazılmaqla tədbirdə iştirak edən şəxslər Jaguar Land Rover şirkətinin Regional Ofisindən dəvət olunmuş peşəkar pilotların birbaşa iştirakı və tövsiyələri əsasında Jaguar markasının XE, F-PACE və E-PACE modellərini, Land Rover markasının isə  Discovery, Range Rover Velar və Range Rover Sport modellərini müxtəlif parametrlər üzrə sınaqdan keçiriblər.

Jaguar Land Rover

Tədbir günlərində “Avtolüks Azərbaycan” şirkəti JaguarLand Rover avtomobillərini əldə etmək istəyən şəxslər üçün xüsusi şərtlər təklif edib. Təkliflər sırasında avtomobillərin qiymətlərinə 15.000 AZN-dək endirim, birillik KASKO sığortasının və bir qış təkər dəstinin hədiyyə olunması yer alırdı. Jaguar və ya Land Rover sahibi olmaq istəyən şəxslər bu fürsətlərin birini seçməklə 2019-cu il oktyabrın 30-dək təkliflərdən faydalana bilərlər.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*