F-1.az xatırladır ki, avstraliyalı sürücü bu il iki qələbə, bir poul qazandığı halda, Ferstappenin ən yaxşı nəticəsi İspaniyada qazandığı podiumdur. Hollandiyalı sürücü bu il 6 yarış həftəsonunun 5-də qəza edib və hazırda sərt tənqidlərin ən böyük hədəfidir.
Jak Vilnöv: “Ferstappen hər yarışda səhv edir. Həmişə belə olur. Bu isə pis haldır. Məsələn, Rikkardo Bakıdakı qəzada günahkar deyildi. Səhv hərəkət etmədi. Əgər bir sürücü davamlı səhvlər edirsə, sakitləşməli və yavaşlamalıdır. Ancaq Rikkardoya çatmaq üçün daha çox riskə girməlidir. Bunun bir cavabı var – Maks komanda yoldaşı Daniel qədər güclü deyil. Nöqtə!”