F-1.az xatırladır ki, FİA bu il 27.1 maddəsini tamamilə tətbiq edir. Bu maddədə qeyd edilir ki, sürücülər bolidlərini heç bir kömək olmadan idarə etməlidirlər və buna görə də radiodan verilən təlimatlar məhdudlaşdırılıb. Xüsusən də, Bakıdakı yarışda sürücülər komandalarından kömək istəsələr də, bu istəkləri yerinə yetirilməmişdi.
Jak Vilnöv: “Yeni radio qaydalarını sevmirəm. Ya tamamilə yasaqlayın, ya da icazə verin. Bunu deyə bilərsiniz, amma onu deyə bilməzsiniz qaydası axmaqlıqdır. Yarışda eşitdiyimiz mesajlar axmaqlıqdan ibarət idi. Bir qərar verin. Ya icazə verin, ya da tamamilə yasaqlayın”.
Keçmiş dünya çempionun fikrincə, Azərbaycanda ilk yarış gözlənildyi kimi həyəcanlı olmadı. Ötmələrin çoxu uzun düzlüklərdə DRS vasitəsilə oldu.
Jak Vilnöv: “Həyəcan yerinə DRS var. Tamam, ötmə edirsiniz, amma bunun üçün heç bir hazırlıq edilmir və gələn il də DRS olacaq. Gələnilki bolidlərdə daha çox hava kisəsi olacaq və buna görə də DRS-ə ehtiyac qalmayacaq. Ancaq yenə də Pirelli təkərləri olacaq və onlar aqressiv sürüş tərzini sevmirlər. Buna görə də sürücü trafikə düşən kimi təkərləri məhv olur və işi çətinləşir. Sürücülər hər şeyi qorumalıdırlar: mühərriyi, təkərləri, yanacağı və s. Hər şeyi qorumaq məcburiyyətindədirlər. Buna görə də hücum edə bilmirlər.
DRS-dən canlarını qurtarsalar yaxşı olar. Çünki sürücülər artıq DRS-dən asılı olmayacaqlar. Hazırkı vəziyyətdə bəzi sürücülər müdafiə belə oluna bilmirlər. Müdafiə olunmağın mənası yoxdur”.