F-1.az xatırladır ki, Formula1-in ən titullu ikinci komandası artıq iki ildir ki, outsayderlikdən qurtula bilmir.
Jak Vilnöv: “İdarəçilər son illərdəki səhv qərarlarının cəzasını çəkirlər. Artıq yarış komandası deyillər. Sadəcə raport verməkdə məsuliyyətli olan açıq səhmdar cəmiyyətdirlər. Onlara nə qədər xeyir qazandıqlarını göstərmək lazımdır. Yəni onlar üçün problem yoxdur. Şirkət 2018-ci ili 16 milyon dollar xeyirlə qapadır, çünki maşına pul xərcləmirlər. İdarəçilər Formula1-də qalib gəlmək istəmirlər. Sadəcə səhmdarların daha çox pul qazanması barədə düşünürlər”.