F-1.az xatırladır ki, Rosberqin gözlənilməz təqaüd qərarından sonra Valtteri Bottas Mercedes-ə keçmək üçün ən real namizəd sayılır. Williams komandasının finlandiyalının əvəzinə Felipe Massanı komandaya qaytaracağı gözlənilir.
Jak Vilnöv: “Massa kimi təcrübəli sürücünü komandaya qaytarmaq qətiliklə doğru addımdır. Bottas Toto Volffun sürücülərindən biridir və buna görə də bu transferə təəccüblənmədim. Düşünürəm ki, Ləns uzun illər Williams-da qalacaq. O da Felipe kimi təcrübəli sürücüdən nəsə öyrənmək istəyəcək. Hər iki tərəf üçün ən yaxşı müqavilə bizi gözləyir.
Bottasın Mercedes-ə keçməsi Lyuisi çox da narahat etməyəcək. Keçən il çempionluğu itirdikdən sonra bu il daha da aqressiv olacaq. Bu il də çempionluğun ən böyük namizədi Lyuis Həmiltondur. Amma o da Bottas kimi sürücüyə hörmət etməlidir”.