F-1.az xatırladır ki, italyanlar gələn ildən etibarən Honda mühərriklərindən istifadə edəcəklər.
Jak Vilnöv: “Toro Rosso komandasının bu qərarını anlamıram. Son 3 mövsümdə McLaren-in yaşadıqlarını görsələr də, bu qərarı vermələri qəribə oldu. Düzdür, Honda əlavə gəlir gətirir. Amma pula görə komandanın daha yavaş mühərriyə keçməsi mənasızdır. Mən inanmıram ki, onlar yaxşı nəticə qazansınlar. Böyük qumar oynadılar. Renault ilə uğur qazana bilərdilər. Mühərrik dəyişilirsə, komandada köklü dəyişiklər olmalıdır. Toro Rosso bu büdcəylə çətin nəsə etsin”.