F-1.az xatırladır ki, müasir dövrdə yağış yağan kimi ya start təxirə salınır ya da sürücülər təhlükəsizlik maşınının arxasında start alırlar.
Jak Vilnöv: “Nə gözləyirsiniz? Sürücülərin çoxu hələ də uşaqdır. Fanları həyəcanlandırmaq istəyirlərsə, qəhrəman olmalıdırlar. Fanlar ideal kimi görəcəkləri sürücülər istəyirlər. Ancaq milyonlar qazanıb, bolidi təhlükəsizlik avtomobilinin arxasında sürən qorxaqlar görürlər. Qran Pri sürücülərini xüsusi edən amillər artıq yoxdur”.