F-1.az xatırladır ki, 24 yaşlı pilot fevral ayında velosiped qəzası keçirərək qolunu qırsa da, əməliyyatdan 12 gün sonra Bəhreyn yarışına qatılmış və 6-cı yeri tutaraq, komandası Aston Martin-ə qızıl dəyərində xallar qazandırmışdı.
Jak Vilnöv: “Mövsümə yaxşı başladıq. Stroll zədəsinə görə qış testlərinə qatıla bilməsə də, komanda yoldaşı Alonsodan sadəcə 1.1 saniyə geridə qaldı. Məncə, yaxşı sürür”.