J.Vilnöv Serxionun atasını tənqid edib

Sabiq Formula1 sürücüsü Jak Vilnöv Braziliyada yaşanan hadisələrə görə Antonio Peresi tənqid edib.

F-1.az xatırladır ki, niderlandlı sürücü yarışın son dövrələrində Peresi keçib. Lakin meksikalı sürücü Leklerlə ikincilik mübarizəsi verdiyi üçün Ferstappendən yerini istəyib. Komandası isə meksikalı sürücüyə söz verib ki, Maks son dövrədə yerini ona verəcək. Amma ikiqat Dünya Çempionu Alonsonu keçə bilmədiyi kimi centlmenlik razılığına da məhəl qoymayıb. Əvəzində radiodan komandasına “bir də məndən belə şey istəməyin” deyib. Peres isə radiodan Ferstappen üçün “əsl üzünü göstərdi” deyib.

Bundan sonra oğlunun müdafiəsinə qalxan Antonio Peres bildirmişdi ki, “Maksın indiyə kimi Serxio kimi komanda yoldaşı olmayıb və Çeko Maksın çətinlik çəkdiyi yarışları rahatlıqla qazanır”.

Jak Vilnöv: “Peresin atası bu işə qarışmamalıdır. Sosial media hesabına valideynlərin səsi hər yerdən çıxır. Lakin Antonio bu barədə şərh bildirməməlidir. Məsələn, Yos artıq çox şərh vermir. Bu yaxşı haldır”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*