J.Vilnöv: “Rəykkönenin qədri bilinmir”

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, Ferrari-nin builki performansına təəccüblənib.

F-1.az xatırladır ki, Ferrari builki 4 yarışda 2 dəfə qalib gəlməklə 5 podium qazanıb. Komandanın almaniyalı sürücüsü Fettel isə turnir cədvəlinə başçılıq edir.

Jak Vilnöv: “Komandanın performansına təəccüblənmişəm. Uzun müddətdən sonra gələn uğurlu nəticələrə baxmayaraq, italyanların fiziki və mənəvi cəhətdən çempionluq uğrunda mübarizə aparacağına əmin deyiləm. Red Bull isə bu il çox geridədir. Əgər Ferrari və Mercedes problem yaşasa, 1-2 yarış qazana bilərlər, amma bundan artığı mümkünsüzdür.

Mənim əsas favoritim isə Fetteldir. Ferrari hazırda əla işləyir və almaniyalı təzyiqə tab gətirsə, çempion ola bilər. Rəykkönenin də istedadı göz qabağındadır. İnsanların onu tənqid etməsini anlamıram. Onun motivasiyaya ehtiyacı var. Bunun hesabına güclənə bilər. O ikinci sürücüdən daha artığıdır. Heç kimin bunu anlamaması təəccüblüdür. Fettel ilə aralarında 0.1 saniyə fərq var. Kimi komanda daxilində gərginlik yaratmayan ideal komanda yoldaşıdır”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*