F-1.az xatırladır ki, Jak Vilnöv britaniyalıların heyətində çıxış edən Ləns Strollu sərt tənqid etmiş və Azərbaycandakı podiumunun heç nəyi dəyişdirməyəcəyini demişdi. Bundan sonra Williams komandasının sabiq çempionunu qonaq otağından qovduğu iddia edilmişdi.
Jak Vilnöv: “Gənc sürücülərə kömək etmək üçün yox, düşündüyümü dediyim üçün pul qazanıram. Mən öz işimlə məşğulam. Bakıdakı yarışdan əvvəl mənə dedilər ki, daha məni xoş qarşılamayacaqlar və qonaq otağına buraxmayacaqlar. Mən də içəri girmək üçün əlavə icazə istəmədim”.