F-1.az xatırladır ki, fransalı sürücü mövsümün ilk iki yarışında cəmi 6 xal toplaya bilib. 22 yaşlı sürücü boliddə özünü rahat hiss etmədiyini deyib. Bəzi şayiələrə əsasən, komanda onun əvəzinə sabiq sürücüsü Kvyatı gətirə bilər.
Jak Vilnöv: “Qasli belə davam eləsə, Toro Rosso-ya qayıtması təəccüblü olmaz. Keçmişdə də bəzi sürücülər Toro Rosso-dan Red Bull-a keçərkən problem yaşayıblar. İnsanlar bunu ciddiyə almırlar. Bu, bir sürücünün F2-dən F1-ə keçməsi kimidir. Bəzi sürücülər belə halda daha tez adaptasiya olurlar. Qaslinin bu il çox şansı yoxdur. Marko fikrini 5 dəqiqədə dəyişə bilən adamdır”.