F-1.az xatırladır ki, Mercedes-in gənc sürücü proqramının yetirməsi Okon son iki mövsümdə Force İndia ilə qənaətbəxş nəticələr göstərsə də, bu il komandasız qalıb. Fransalı sürücü 2019-cu ildə Mercedes komandasının test və ehtiyat sürücüsü olacaq.
Qeyd edək ki, Mercedes-in gənc sürücü proqramından Verlyayn və Okon kimi sürücülər çıxsa da, hər ikisi də “gümüşü oxlar”la yarışa bilməyiblər.
Okonla McLaren və Renault komandaları maraqlansalar da, Mercedes gənc sürücünü buraxmayıb.
Jak Vilnöv: “Esteban Okon Mercedes-in hesabına Formula1-də yarışdı, amma indi Mercedes-ə görə heç hara gedə bilmir. Sponsor gətirmədən və pul vermədən Formula1-də yarışdı. Bu hal onun üçün yaxşı idi. Məncə, müsbətyönlü düşünməli və özü ilə fəxr etməlidir”.