F-1.az xatırladır ki, Fernando Alonso Malayziya yarışında danimarkalı sürücünü keçərkən, iki sürücü təmas yaşamışdı. İspaniyalı sürücü bu hərəkətinə görə Kevinə “axmaq” demiş və yarışdan sonra da tənqidlərə davam etmişdi.
Jak Vilnöv: “Çirkli sürüşlə sərt sürüş arasında böyük fərq var. Çirkli sürüş zamanı rəqiblərinizə hörmət etmirsiniz. Gənc sürücülər belə davranırlar. Formula3 və ya Formula4-də bunu edəndə cəza almırlar. Bu əsl axmaqlıqdır. Formula1-ə gələndə də elə bilirlər ki, oyun oynayırlar. Hər şey hörmətə bağlıdır. Əgər sənə qarşı edilməsini istəmirsənsə, sən də onlara qarşı etməməlisən. Hər şey bu qədər sadədir. Mübarizəni çətinləşdirməlisən, amma onlara da şans verməlisən. Rəqiblərini divara sıxmamalısan. Belə olan halda heç kim səni təhqir etməz”.