F-1.az xatırladır ki, Aston Martin İspaniya yarışına böyük yeniliklərlə gəlmişdi və bundan sonra Fettel yaxşı performans göstərir. Almaniyalı pilot azərbaycan yarışında 6-cı olaraq, komandanın builki ən yaxşı nəticəsini qazanıb.
Jak Vilnöv: “O da Alonso kimi çempiondur. Çox təcrübəlidir və komanda ilə əla işləyir. Bolid də onun üçün təkmilləşdirilir. Bolid Fettelə görə yığıldığı halda Lənsin maşını sürməsi çətinləşəcək. Sürücülər arasında keyfiyyət fərqi əmələ gələcək və bu hal 2022-ci il maşınında özünü büruzə verir”.