F-1.az xatırladır ki, çətin vaxtlar keçirməsinə və komandadan göndəriləcəyi gözlənilməsinə baxmayaraq, Daniil Kvyat ABŞ Qran Prisi ərəfəsində Toro Rosso ilə birillik yeni müqavilə bağlamışdı.
Jak Vilnöv: “Buna təəccübləndim. Əldə etdiyi nəticələr Formula1-də qalmasına kifayət etmirdi. Yəqin başqa nüanslara nəzər yetiriblər – bəlkə də çox çalışqdandır və bu da ümidvericidir. Toro Rosso-ya gəldiyindən bəri onda inkişaf görmürəm. Sayns onu məğlub edir və eyni səviyyədə deyillər. Toro Rosso pilotları uzun illər saxlayan komanda deyil. Komandada qalmasının tutarlı səbəbi olmalıdır. Bəlkə də yaxşı çalışaraq maşının inkişafına çox kömək edir. Kənardan baxıb bilmək olmaz.
Onlardan hər hansı birinin Red Bull-a keçəcəyini gözləmirəm. Çünki əllərində iki ulduz sürücü var və komanda onlarla işləməkdən razıdır. Toro Rosso isə getdikcə təqaüdçülər komandasına çevrilir…”