F-1.az xatırladır ki, polşalı sürücü bu mövsüm 2 dəfə Lotus-un 2012-ci il bolidi ilə, 1 dəfə isə Renault-nun 2017-ci il bolidi ilə testlər etmişdi. Kubitsa testlərdə özünü yaxşı tərəfdən göstərə bilmişdi.
Jak Vilnöv: “Sözün açığı bunu başa düşmürəm. Karyerasının sonlarında Petrovu belə qabaqlamaqda çətinlik çəkirdi. 2008-ci ildə Kanadada Maldonadonun İspaniyada qazandığı kimi bir yarış qazandı. Başqa uğurunun olduğuna əmin deyiləm. Əksər sürücülər gördükləri işlərə görə ikinci şans əldə edə bilmədiyi halda, Robertə niyə şans verilir bilmirəm. Məncə, digər sürücülərə haqsızlıq edirlər. Onunla problemim yoxdur, amma bu digər sürücülərə hörmətsizlikdir. Təbii ki, son qərarı mən verməyəcəm, amma bunları deməli idim”.