J.Vilnöv: “İndiki sürücülər qorxaqdırlar”

Sabiq Formula1 sürücüsü Jak Vilnöv halo sistemini dəstəkləyən sürücüləri tənqid edib...

F-1.az xatırladır ki, Formula1-ə 2017-ci ildən etibarən sürücülərin başını uçan elementlərdən müdafiə edən halo sistemi gəlir. Bəzi sürücülər halonu dəstəklədiyi halda, bəziləri sistemə qarşıdırlar.

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu titulunu qazanmış Vilnöv bu barədə danışıb: “Sürücülər qorxurlarsa, gedib turinq seriyalarında yarışsınlar.

Bəli, biz təhlükəsizlik üçün işləməliyik, amma bunun da bir həddi var. Risk almaq Formula1-in genində var. Bu, idmanın gözəl tərəfidir.

Mənim üçün halo çox lazımsızdır. Sürücülər milyonlar qazanır və yenə də qorxurlar. Bu çox pisdir.

Bəs motosiklet sürücüləri nə etsinlər? Şarın içində yarışsınlar? Ona görə də motosiklet yarışlarına son illərdə Formula1-ə nisbətən çox baxırlar”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*