J.Vilnöv: “İndiki sürücülər körpə uşaq kimidirlər”

Sabiq Formula1 sürücüsü və 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, müasir dövrdəki Formula1 sürücüləri hələ uşaq kimidirlər və yarışların təhlükəsizlik avtomobili arxasında başlanmasını da tənqid edib...

F-1.az xatırladır ki, Britaniya yarışında yağış yağdığı üçün start təhlükəsizlik avtomobilinin arxasında verilmişdi və sürücülər onun arxasında 5 dövrə vurmalı olmuşdular. Bu vəziyyəti tənqid edənlərdən biri də Gerhard Berger olmuşdu: “Yolda gedəndə birdən yağış yağsa, heç bir sürücü avtomobilini saxlamaz. Şəraitə uyğunlaşar”.

Jak Vilnöv: “Nə gözləyirsiniz? Sürücülərin çoxu hələ də uşaqdır. Fanları həyəcanlandırmaq istəyirlərsə, qəhrəman olmalıdırlar. Fanlar ideal kimi görəcəkləri sürücülər istəyirlər. Ancaq milyonlar qazanıb, bolidi təhlükəsizlik avtomobilinin arxasında sürən qorxaqlar görürlər. Qran Pri sürücülərini xüsusi edən amillər artıq yoxdur”.

Vilnöv Rosberqin radio vasitəsilə kömək aldığı üçün cəzalandırılmasını tənqid edib: “Formula1 idarəçiləri künc bayraqlarının 5 mm uzun olmasına görə futbol nəticələrini ləğv edə bilərlər”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*