J.Vilnöv: “Hər iki sürücü günahkardır”

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, Braziliyadakı insidentdə hər iki Ferrari sürücüsü günahkardır.

F-1.az xatırladır ki, Fettel və Lekler yarışın sonlarında dördüncü yer uğrunda mübarizə apararkən təmas yaşamış və nəticədə yarışı vaxtından əvvəl bitirməli olmuşdular.

Jak Vilnöv: “Fettel və Leklerin mübarizə aparmalarına icazə verilir, ancaq onlar da bu azadlıqdan sui istifadə etməməlidirlər. Bu insidentdə hər iki sürücünün günahı var. Lekler çox aqressiv idi və Fettel də komanda yoldaşını keçdikdən sonra qapını tez bağladı. Bunu etməməli idi. Hər ikisi də lazımsız səhv elədi. Qələbə uğrunda mübarizə aparmırdılar. Ən yaxşı halda üçqğüncü olacaqdılar. Sadəcə ikisi də daha güclü olduqlarını göstərmək istədilər”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*