F-1.az xatırladır ki, 19 yaşlı sürücü bu mövsüm Bakıda podiuma yüksəlib və 40 xal toplayıb. Stroll hazırda təcrübəli komanda yoldaşı Massadan cəmi 2 xal geridə qalır.
Jak Vilnöv: “Topladığı xallardan görünür ki, yavaş deyil, amma o, performansını yaxşılaşdırmayıb. Qışda nəsə olub. Çünki Ləns aşağı seriyalarda güclü idi, amma Formula1-ə tab gətirə bilmir. Sürərtli olması üçün zəif komanda yoldaşına ehtiyacı var. Bəlkə, onda özünə inamı qayıdar”.