F-1.az xatırladır ki, britaniyalı sürücü sonuncu Almaniya yarışına 14-cü yerdən başlasa da, mükəmməl performansla yarışın qalibi olmuşdu.
Jak Vilnöv: “Hər yerdə Formula1-lə Hollivudu bir-birinə qarışdırır. Sosial şəbəkələrdə özünü tanrının yerinə qoyur. Sıralanma turundakı problemdən sonra bolidin yanında diz çökməsi İsanın çöküşünü xatırladırdı. Daha sonra dedikləri isə İsanın Sermon dağındakı sözləri kimi idi. Yarışdan sonra podiumda özünü elə apardı ki, guya yağışı bu yağdırıb”.