J.Vilnöv: “Günahkar Rosberqdir”

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, İspaniyadakı qəzanın tək günahkarı Niko Rosberqdir.

F-1.az xatırladır ki, İspaniya yarışının ilk dövrəsində Həmilton və Rosberq bir-birilə toqquşaraq mübarizəni dayandırmışdılar. Bu qəzada günahkar barədə Formula1 dünyasını iki yerə bölünüb.

1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, qəzanın tək günahkarı varsa, o da Rosberqdir: “Bu cür hadisəni 80-ci illərdə görə bilməzdiniz. Çünki sürücülər bir-birlərini buna görə öldürərdilər. İndiki sürücülər isə elə bil kompüter oyunundadırlar.

Bunu qəbul etmək olmaz. Bəlkə də siz soruşacaqsınız ki, Lyuis niyə bu qədər aqressivdir, amma burada yeganə günahkar Rosberqdir.

Niko reaksiya verməmişdən əvvəl Lyuis daxili trayektoriyanı tutmuşdu. Bunu edə bilməzsiniz. Bu, yarışda ən təhlükəli şeydir.

Bu hərəkət 100 faiz səhv idi. Niko güzgüsündə Lyuisi gördü və onu otların üstünə atdı. Bunu edə bilməzsiniz.

Niko çox gözlədi. O, döngəyə girəndə daxili trayektoriya ilə girməli idi. Lyuisin manevrini gözləməli deyildi. Lyuis nə edə bilərdi ki?”

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*