F-1.az xatırladır ki, Ləns sonuncu Braziliya yarışında komanda yoldaşı Fettelə qarşı çox aqressiv müdafiə olunub. Yekunda kanadalı sürücü 10 saniyə zaman cəzası almaqla yanaşı lisenziyasına 3 bal yazılıb.
Jak Vilnöv: “Son yarışda Ləns Strolla və FİA-nın cəza sisteminə hirsləndim. Həmilton Ferstappenə boşluq qoymadı və Maks 5 saniyə cəza aldı. Hər iki tərəf aqressiv idi və yarış insidenti idi.
Ləns isə şənbə günü təhlükəli hərəkət etdiyi üçün 10 saniyə zaman cəzası aldı. Yarış xəttini belə kəskin formada dəyişə bilməzsiniz. Ostində də eynisini etdi. Meksikada Qasliyə qarşı aqressiv davrandı və indi də bu hadisə… FİA Strolla sərt cəza vermir. Belə olduğu üçün onun belə aqressivliyi davam edir. Fettel orada centlmen kimi davrandı. İnanmıram ki, Alonso gələn il belə sakit qalsın”.