F-1.az xatırladır ki, almaniyalı sürücü 2017-2018-ci illərdə səhvlər edərək, çempionluğu əldən vermişdi. Avstraliya yarışında da zəif performans göstərən Fettel komanda əmri hesabına Leklerin önündə qalaraq, finiş xəttini 4-cü keçmişdi.
Jak Vilnöv: “Bu mövsüm Fettel üçün çox vacib olacaq. Onun üçün “ya davam, ya tamam” mövsümüdür. Çünki son illərdə çox səhvlər edib. Keçən il Hokkenhaymda qəza etməmişdən əvvəl peletonun ən yaxşı maşını ilə çempionatda lider idi. Amma daha sonra nələr oldu bilirik. Ondan sonra Həmilton hər şeyi nəzarəti altına alaraq, çempion oldu. Fettel bu səhvləri etməsə, beşinci çempionluğunu qeyd edə bilərdi”.