J.Vilnöv: Fettel niyə getsin?

Formula1 üzrə 1997-ci ilin Dünya Çempionu Jak Vilnöv bildirib ki, Fettel təqaüdə çıxmamalıdır.

F-1.az xatırladır ki, almaniyalı sürücü keçən ilin Türkiyə yarışından sonra xal üzünə həsrət qalmışdı. Lakin dördqat Dünya Çempionu Monakoda 5-ci olaraq, 7 yarışlıq xal orucunu pozub.

Jak Vilnöv: “Monakodakı yarış Fettel üçün əla keçsə də, ilk yarışlarda Ferrari-dəki son illərini xatırladırdı. Bu, məyusedicidir. Köhnə Mercedes maşını indiki reqlamentdə yaxşı işləmir və komanda heç nəyi dəyişdirə bilmir.

Niyə təqaüdə çıxsın? Formula1-də yarışır və pul qazanır. İnsanlar həmişə deyir ki, sürə bilmirsə, təqaüdə çıxsın. Lakin bu işdir. Bunu edərək pul qazanırsınız. Uşaqları oxutmaq üçün pul lazımdır. Formula1-də yarışa bilirsinizsə, sürməkdən həzz alırsınızsa və pul qazanırsınızsa, niyə idmandan gedəsən? Ölümdən qorxursunuzsa, o başqa məsələ… Bu sual mənə tez-tez verilir.

Lənslə necə mübarizə edər bilmirəm. O, maşını daha yaxşı tanıyır və atasının komandasıdır. İçəridə siyasi oyunlar gedə bilər. Lakin Ləns pis sürücü deyil. Keçən il yağışlı havada poul qazandı.

Fettelə gəldikdə isə hələ də səhvlər edir. Lakin içinizdə istək olmasa, Monakoda sıralanma turunda və yarışda yaxşı nəticə qazana bilməzsiniz”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*