F-1.az xatırladır ki, almaniyalı sürücü gənc rəqibinə “Qaşıq” döngəsində hücum edib və maşınlar arasında təmas yaşanıb. Bunun nəticəsində Fettel 16-cı pilləyə geriləyib. Ferstappen isə yoluna davam edərək yarışı podiumda bitirib.
Jak Vilnöv: “Ötmə etməyə başlayanda Fettel çox geridə idi. Maks da onu buraxan deyildi. Fettel qaydalar çərçivəsində bəxtini sınadı, amma riskli idi. Fettel artıq “Çempionluğu necə itirmək olar” adlı kitab yaza bilər.
Həmilton aqressiv hücum etməmişdən əvvəl vəziyyəti təhlil edir. Fettel artıq məğlubiyyəti qəbul edib. Bunu rahatlıqla görə bilirik”.