F-1.az xatırladır ki, Ferstappen 17 yaşında Toro Rosso komandası ilə Formula1-də debüt edib. Daniil Kvyat bu mövsüm gözləntiləri qarşılamadığı üçün Barselona yarışından etibarən Toro Rosso-ya göndərilmişdi və Ferstappen rusiyalı sürücünü əvəz etmişdi. Hollandiyalı sürücü heç kəsin gözləmədiyi halda Barselona yarışını qazanaraq, bütün diqqətləri öz üzərinə cəmləyib. Amma Maks Monakoda həm sıralanma turunda, həm də yarışda qəza edərək, mübarizəni vaxtından əvvəl dayandırıb.
Jak Vilnöv: “Onun üçün bərbad həftəsonu idi. Sürətlidir, amma çox səhv edir. Monakodakı qəzaları onun əvəzinə başqası etsəydi, komandadan qovardıar. Ancaq o – Ferstappen olduğu üçün insanlar hər dəfə nəsə bəhanə tapırlar, çünki o, mühafizə olunan sürücüdür.
Eyni səhvi iki dəfə etdi və bu qəbulolunmazdır. Bir həftəsonu ərzində 3 səhv çoxdur. Red Bull və fanlar tərəfindən, hamı tərəfindən çox sevilir.
Səhvlərindən dərs çıxarsa, yaxşı olar. Ancaq sürətli olmaq üçün limitləri aşırsa, bu o deməkdir ki, heç də lazımi qədər sürətli deyil”.