J.Vilnöv: “Favorit Fetteldir”

Formula1 üzrə 1997-ci ilin çempionu Jak Vilnöv bildirib ki, Sebastyan Fettel 2017-ci il bolidləri və təkərləri ilə daha güclü performans göstərə bilər.

F-1.az xatırladır ki, yeni mövsümdə reqlamentdə ciddi dəyişikliklər olacaq və təkərlərin eninin 25 faiz artması ilə asfaltayatma qüvvəsinin çoxalacağı gözlənilir. Beləliklə də, bolidlərin dövrə başına 4-5 saniyə sürətlənməsi gözlənilir.

Yeni mövsümdə əksəriyyət əsas rəqabətin Red Bull və Mercedes arasında gedəcəyini gözləsə də, Vilnöv bildirib ki, hamının diqqəti Fettelin Ferrari-sində olmalıdır: “Sebastyanın sürüş tərzi yeni bolidə uyğundur və yeni təkərlərlə də ən çox test edən odur. Buna görə mövsümün əvvəlində üstünlük qazana bilər.

Artıq 3 təkərli velosipeddən Formula1 bolidinə keçirlər. Bu bolidlər uşaqlar üçün yox, əsl sürücülər üçündür”.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*