J.Vilnöv: Büdcə limitinə sadiq qalmaq lazımdır

Sabiq Formula1 sürücüsü Jak Vilnöv bildirib ki, komanda rəhbərləri büdcə limitinə qarşı çıxmaqda haqsızdırlar.

F-1.az xatırladır ki, həm Kristian Horner, həm də Toto Volff 140 milyon dollarlıq büdcənin az olduğunu deyiblər.

Jak Vilnöv: “Büscə limiti ilə siz razılaşdınız və bu qərarınıza bağlı qalmalısınız. Mercedes bolidi düzəltməlidir, amma hamı buna razılıq verib və imzalayıb. Səyahət xərcləri hamı üçün artıb. Belə olan halda inkişafa az pul ayıracaqsınız. Bununla razılaşmısınızsa, geri addım atmaq olmaz. Kiçik komandalar heç limitə çatmırlar. Niyə limitin artırılmasına razı olsunlar? Alpine böyük istehsalçıdır və pulları da var. Lakin bu limitə sadiq qalırlar. Səbəbi isə qaydalara sadiq qalmaqlarıdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*