F-1.az xatırladır ki, finlandiyalı sürücü yarışa pouldan başlasa da, startda ikinci yerə geriləmiş və sona qədər Fettelə hücum edə bilməmişdi.
Jak Vilnöv: “Fettel mükəmməl yarışdı və startda qələbə qazandı. Aqressiv sürdü. Mercedes-in tempini bilmək üçün Lyuisə baxın. Sonra da Bottasa. O, Lyuis səviyyəsində deyil və əsl utanmalı vəziyyətdədir. Lyuis yarışa pit yolundan başlasa da, sonda Bottasdan 3 saniyə geridə qalırdı. Bu, doğrudan da utancverici haldır. Həmilton kimi sürətli deyil. Bütün mövsüm zəif idi. O, çox yaxşı ikinci pilotdur”.