F-1.az xatırladır ki, finlandiyalı sürücü mövsümə yaxşı başlayıb ilk 4 yarışda iki qələbə qazansa da, son 8 yarışda qələbə qazana bilməyib və hazırda lider Həmiltondan 62 xal geridədir. Bottas son iki yarışda cəmi 4 xal toplayaraq, Mercedes-dəki mövqeyini laxladıb və bəzi iddialara əsasən onun yerinə Esteban Okon keçə bilər.
Jak Vilnöv: “Niyə bunu edəsiniz? Bottasla davam etməlidirlər. Mercedes bu mövsüm neçə dəfə qələbə dublu edib? Keçənilki kimi hər yarış yarım saniyə geridə qalsaydı, razılaşardım. Onun yerinə birini gətirmək olardı. Lakin vəziyyət elə deyil. Özü də niyə Okonu komandaya götürəsiniz? Özünü hələ isbatlamayıb və potensialını bilmirik. Belə riskə girmək olmaz”.